kanal14.az
kanal14.az

Hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb

Hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb
2-06-2020, 10:33 54 dəfə baxılıb

Hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıblar.

Kanal14.az Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahına istinadən xəbər verir ki, hakerlər qrupu hazırladığı xüsusi proqram vasitəsilə şəhərin müxtəlif yanacaqdoldurma məntəqələrindən 2 milyon rubl dəyərində (47 min manat) benzin oğurlayıblar

Hadisəni törətməkdə şübhəli bilinən 31 və 40 yaşlarında iki kişi saxlanılıb.

Araşdırma nəticəsində məlum olub ki, hakerlər avtomobillərinə benzin vurduqdan sonra bank kartı ilə ödədikləri pulu dərhal öz hesablarına geri qaytarıblar.

Saxlanılanlar barəsində cinayət işi açılıb, istintaq davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA