Hadisə

Astarada REYD: 2 min manatdan artıq ziyan aşkar edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, reyd zamanı Astara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə köküstə yaş 14 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.