Hadisə / Dünya

Rusiyada helikopter qəzaya uğradı: 4 ölü - Video

Rusiyanın Çukotka vilayətində Mi-8 tipli hərbi helikopter qəzaya uğrayıb.

Kanal14.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Helikopter yerə düşdükdən sonra yanmağa başlayıb. Qəza zamanı 4 nəfər həlak olub.

Qəzaya texniki problemlərin səbəb olduğu ehtimal edilir.