Hadisə

Cəlilabadda evdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb

Cəlilabadda evdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərindəki evlərin birindən 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.