Hadisə

Qoyun oğrusu tutuldu

 

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb.

Kanal14.az bildirir ki,cənub bürosunun verdiyi məlumata görə, rayonunun Ağayrı kənd sakini R. İmanov may ayının 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan 6 baş qoyunun oğurlandığını bildirib.

Nəticədə ona 1120 manat ziyan dəydiyini qeyd edib.

 

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib.

Oğurlanmış heyvanlar tapılaraq sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.