Hadisə

Bakıda avtomobilin vurduğu piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az bildirir ki, DİN-in mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, mayın 23-də saat 1 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.