Hadisə

Bakıda quldurlar taksi sürücüsünə hücum etdi

Bakıda quldurlar taksi sürücüsünə hücum etdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

 
Kanal14.az bildirir ki, Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Khazar” markalı avtomobilə üç nəfər naməlum şəxs əyləşərək, onu hədələyib. Həmin şəxslər sürücünün 100 manatını alaraq, hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəri) maddəsi üzrə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıblar.

Faktla bağlı cinayət işinə başlanılıb.(Trend.az)