Hadisə / Foto

Şəhərdən gələn keçmiş məhkum narkotiklə tutuldu - FOTO

Gəncə sakinindən narkotik maddə aşkarlanıb.

Kanal14.az bildirir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsinin İstintaq bölməsində A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.