Hadisə / Dünya

İranda koronavirusa yoluxanların sayı 100 minə çatır


İranda koronavirusa yoluxanların sayı 100 minə çatırİranda ötən sutka ərzində daha 1 323 nəfərin koronavirusa (COVID-19) yoluxması ilə bu virusa yoluxanların sayı 99 970 nəfərə çatıb.

Kanal14.az xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, virus daşıyıcılarından 2 685 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi bildirib ki, ötən 24 saat ərzində daha 63 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 6 340 nəfərə çatıb.

Cahanpur deyib ki, indiyədək ölkədə 80 475 nəfər infeksiyadan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 519 mindən çox test həyata keçirilib.