Hadisə / Dünya

Kiyevdə mülki təyyarə qəzaya uğradı - Yaralılar var

Kiyevdə mülkü təyyarə qəzaya uğrayıb. kanal14.az Trend-ə istinadən xəbər verir ki, qəza ilə bağlı Ukrayna Milli Polisinin Kiyev İdarəsinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Mülki təyyarənin özəl şirkətə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbi məlum deyil.

Araşdırma başlayıb, polis hadisə şahidlərini dindirir.