Hadisə

Gəncədə evdə yanğın baş verib

Gəncə şəhərinin Nizami rayonunda yanğın qeydə alınıb. kanal14.az Trend-ə istinadən xəbər verir ki,  ümumi sahəsi 64 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağında ev əşyaları yanıb.

 

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.