Hadisə

Gəlin-qayınana davası məhəlləni ayağa qaldırdı: Yaralananlar var - Video

Gəlin-qayınana davası məhəlləni ayağa qaldırdı: Yaralananlar var - Video

 

 
 
 
 

 
 
 
 


Bütün məhəlləni ayağa qaldıran gəlin-qayınana davası iki nəfərin bıçaqlanması ilə nəticələnib.

"Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. 

Məlumata görə, gəlin və qaynana naməlum səbəbdən dava ediblər. Gəlinin ərinin davaya qoşulması gərginliyi daha da artırıb.

Qadın vəziyyəti qardaşlarına deyib. Beləliklə, iki ailə arasındakı dava məhəllə qarşıdurmasına çevrilib. Münaqişə zamanı gəlinin iki qardaşı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq mühafizəçiləri məhəlləni mühasirəyə alaraq, giriş-çıxışı bağlayıblar.

Davada yaralanan qardaşlar xəstəxanaya yerləşdirilib. Münaqişədə iştirak edənlər isə saxlanılıb.