Hadisə

Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi

Qobustan rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Kanal14.az Report.az-a istinadən verdiyi xəbərə görə, hadisə martın 2-si saat 18:30 radələrində baş verib.

Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.