Müəllim şagirdlərin önündə biabır oldu
İçkili müəllim şagirdlərin gözü qarşısında yerə sərilib.

"Zelenodolsk. Onlayn”ın məlumatına görə, video Tatarıstanda məktəblərin birində çəkilib.

Kadrlardan görünür ki, partanın üstündə əyləşən orta yaşlı kök kişi ayağa qalmağa çalışır. Bir neçə cəhddən sonra o, "uşaqlar”, - deyir və yerə yıxılır.

Videoda sinifdəki uşaqların gülüş səsi eşidilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.