Hadisə

Mikroavtobus piyadanı vurub öldürdü

Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, sentyabrın 4-də saat 23 radələrində Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində Güdəcühür kənd sakini Nizami Ələsgərov idarə etdiyi "Mercedes” markalı mikroavtobusla yolu keçən kənd sakini Xəyal Paşayevi vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.