Hadisə

Yevlax sakinindən silah-sursat götürülüb

Yevlaxda keçmiş məhkumdan silah-sursat götürülüb.
kanal14.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Qafurovdan "AKSU” markalı silah, 16 ədəd patron və 1 ədəd patron darağı götürülüb.