Hadisə / Dünya

İstanbulda ATIŞMA - Ölən və yaralananlar var

İstanbulda atışma baş verib. kanal14.az Trend-ə istinadən xəbər verir ki, atışma polislə hərbçi arasında baş verib.

Məlumata görə, insident nəticəsində polis ölüb, hərbçi isə yaralanıb. Bundan başqa, 1 mülki şəxsin də yaralandığı bildirilir.

 

İnsidentin səbəbləri hələ məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.