Hadisə

Bakıda avtomobil yol ayrıcısına çırpıldı - Sürücü öldü

Bakıda avtomobil yol ayrıcısına çırpıldı - Sürücü öldü
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Kanal14.az-a verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Fəxrəddin Əkbərov idarə etdiyi "Nissan" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Trend