Hadisə

Oğuzda "Hyundai" "Niva" ilə toqquşdu, 4 nəfər xəstəxanaya düşdü

Oğuzda "Hyundai" "Niva" ilə toqquşdu, 4 nəfər xəstəxanaya düşdü
 
 
 
 
 
 
 
 
 

 
 
 

Oğuz rayonunda ağır yol qəzası baş verib.

Kanal14.az-ın məlumatına görə, hadisə səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Oğuz rayon sakini, 1961-ci il təvəllüdlü Ərşad Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomibillə Zaqatala rayon sakini 1965-ci il təvəllüdlü Oruc Məhərrəmovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.