Hadisə

Bakıda “Mercedes” yol kənarındakı dirəyə çırpıldı, xəsarət alan var

Bakıda “Mercedes” yol kənarındakı dirəyə çırpıldı, xəsarət alan var
 
 
 
 

 
 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Mercedes” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Nazirlikdən Kanal14.az verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./Trend