Hadisə

Bakıda 16 yaşlı qız gecə saatlarında itkin düşüb

Bakıda gənc qız gecə saatlarında itkin düşüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə avqustun 28-də baş verib.

 

Rayonun R.Məmmədov küçəsi, ev 6, mənzil 31-də yaşayan, 1979-cu il təvəllüdlü Məmmədova Pərvanə Yusif qızı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 28-də gecə saat 02:00 radələrində onunla birgə yaşayan qızı, 2002-ci il təvəllüdlü Məmmədova Bənzər Ceyhun qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırma aparılır.