kanal14.az
kanal14.az

Yol polisinin saxladığı maşının sürücüsü və sərnişini düşüb qaçdı

Yol polisinin saxladığı maşının sürücüsü və sərnişini düşüb qaçdı
18-11-2019, 21:33 54 dəfə baxılıb

Yol polisinin saxladığı maşının sürücüsü və sərnişini düşüb qaçdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü və sərnişini nəqliyyat vasitəsini tərk edərək qaçıb.


Kanal14.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər.


Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan RPŞ-yə təhvil verilib.


Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.


Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA