Hadisə

Ağsuda uşaq ölü doğuldu

Ağsu rayonunda ölü uşaq dünyaya gəlib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 28-də Ağsu rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyeva Çinarə Malik qızı təbii yolla ölü döl doğub.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.

Döl məhkəmə-tibb ekspertizasına təqdim edilib, zəruri ekspertizalar keçirilib.