Hadisə

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın - Fotolar

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın - Fotolar
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.

"Kanal14.az" xəbər verir ki, bu gün xəstəxananın əsas korpuslarından birindəki ayaqyolu bölməsində elektrik xəttində baş verən qısaqapanma məhdud miqyaslı tüstülənmə və yanğına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının qarşısı alınıb və təhlükə lokallaşdırılıb.

Hadisə zamanı zərərçəkən olmayıb. /APA