Hadisə

Həbsdən çıxıb bacısının sevgilisini döyə-döyə öldürən şəxsdən YENİ XƏBƏR

Həbsdən çıxıb bacısının sevgilisini döyə-döyə öldürən şəxsdən YENİ XƏBƏR
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Bakıda qətl törətməkdə təqsirləndirilən Mehrac Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Kanal14.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.
 
Qeyd edək ki, hadisə bu il paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini 30 yaşlı Orxan Əliyev döyülərək qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində O.Əliyevi döyərək qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.   /BakuPost.az/