Hadisə

Bakıda fahişəxanadan çəkiliş - Döyülənlər var

Bakıda fahişəxanadan çəkiliş - Döyülənlər var
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən kafelərin birində açıq qadın alveri təşkil olunub.

Kanal.14.az Baku.ws-ə istinadən xəbər verir ki, "Lion” adlı kafedə fahişəxana təşkil edilib.

Obyektdə çəkiliş aparmaq istəyən şəxs kafe işçiləri tərəfindən döyülüblər. Döyülən şəxslər Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə şikayət ediblər.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, 37-ci polis bölməsinə döyülmə faktı ilə bağlı müraciət daxil olub.

Hazırda Faktla bağlı ərazi üzrə müvafiq polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, adıçəkilən fahişəxanadan çəkiliş edilib və sosial şəbəkələrdə paylaşılıb.