Hadisə

“Pokrov Məhərrəm” bir qədəh viskinin badına getdi: Uzun müddətlik həbsi də gözlənilir - YENİLƏNİB

 
 
 
 
 
 
 
 "Pokrovsk Məhərrəm” Moskvada yox, Volqoqrad şəhərində həbs edilib.
 
DogruXeber.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, haqqında ev dustaqlığı ilə bağlı məhkəmə qərarı olan Məhərrəm Quliyev Rusiya paytaxtını tərk edərək Volqoqrada gedib. Onun Volqoqraddakı restoranların birində əlində viski dolu qədəhlə görüntüləri yayılandan sonra saxlanılıb.
 
Saxlanıldıqdan sonra Quliyev Volqoqrad vilayətinin Novonikolayevs rayon məhkəməsinə gətirilib.
 
Digər bir məlumata görə, Azərbaycana deportasiya edilməsi Məhərrəm Quliyev üçün çox yüngül cəza da sayıla bilər. Çünki onun Moskvada bəzi iş adamlarıyla ciddi problemləri varmış. Söhbət onlara qarşı təhdid, şantaj və hədə-qorxular gəlməkdən gedir. Onun "Fud Siti” bir iş adamına 1 milyon dollar borclu olduğu da bildirilir. Bu iddialarla cinayət işi qaldırılarsa, uzunmüddətli həbsi də gözlənilir.
15:15
 
Moskvada "Pokrov Məhərrəm” kimi tanınan iş adamı Məhərrəm Quliyev saxlanılıb.
 
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, o Rusiya miqrasiya qanunvericiliyinin şərtlərini pozduğuna həbs edilib və miqrantların saxlanma məntəqəsinə göndərilib. Onun tezliklə Rusiyadan deportasiya ediləcəyi gözlənilir.
 
"Pokrov Məhərrəm” Moskvada, necə deyərlər, bazar meneceri kimi tanınırdı və Rövşən Lənkəranskiyə yaxınlığı ilə tanınırdı. Rövşənin ölümündən sonra o, Quliyə sığınmaq istəsə də, "qanuni oğru” onu yaxınına buraxmamışdı.
 
Son illər kefcil həyat tərzi keçirən Məhərrəm tez-tez gizli fəaliyyət göstərən kazinolara gedir, orda külli miqdarda pullar uduzurdu.
 
Bir neçə il əvvəl haqqında ev dustaqlığı haqda qərar çıxarılmasına baxmayaraq, məhkəmənin qaydalarını pozmaqla məşğul idi. Tez-tez dostları ilə bərabər paytaxt Moskvanın elit restoranlarında görünən "Pokrovka Məhərrəm” oradan çəkilmiş fotolarını sosial şəbəkələrdə də yaymaqdan çəkinmirdi.
 
Məlumata görə, o, yaxın vaxtlarda Bakıya göndəriləcək.