Hadisə

Kürdəmirdə eşitmə qüsurlu şəxsi qatar vurdu

Kürdəmirdə eşitmə qüsurlu şəxsi qatar vurdu
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bu gün saat 10:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sığırlı stansiyasında (Kürdəmir) xəsarətlə nəticələnən hadisə baş verib. 

"Azərbaycan Dəmir Yolları” QSC-dən "Kanal14.az”a daxil olan məlumata görə, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub. 

Belə ki, maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb.

Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır./Yeni Sabah