kanal14.az
kanal14.az

Qaxdakı partlayışla bağlı cinayət işi başlandı

Qaxdakı partlayışla bağlı cinayət işi başlandı
9-10-2019, 11:16 49 dəfə baxılıb

Qaxdakı partlayışla bağlı cinayət işi başlandı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Qaxda 6 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb.

 

Kanal14.az-ın məlumatına görə, Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, hadisə rayonun Azərbaycan prospekti, "Pivə zavodu" deyilən ərazidə baş verib.

 

Həmin ərazidə təmizlik işləri aparan Qax rayon Kommunal Müəssisələr Kombinatının işçiləri təxminən 2-3 il əvvəl həmin küçəyə tökülmüş torpağı ələkdən keçirərkən qəfildən partlayış baş verib.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı ilkin araşdırma zamanı müəyyən edilib ki, ələnən torpağın içərisində partlamamış partlayıcı maddə və ya hərbi sursat olub. Torpağın ələnməsi zamanı baş verən sürtünmə zamanı həmin partlayıcı maddə partlayıb və nəticədə hadisə yerində olan 6 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, baş vermiş partlayış nəticəsində 1993-cü il təvəllüdlü Beraşvili Sarpion Rapo oğlu, 1955-ci il təvəllüdlü Beraşvilli Rapo Sarpion oğlu, 2000-ci il təvəllüdlü Papiaşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Nuraşvilli David Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğlu və 1975-ci il təvəllüdlü Zeynalaşvili Jamali Andro oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər./Demokrat.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA