kanal14.az
kanal14.az

Bakıda polislər yol qəzasında xəsarət aldı

Bakıda polislər yol qəzasında xəsarət aldı
8-10-2019, 12:31 57 dəfə baxılıb

Bakıda polislər yol qəzasında xəsarət aldı
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb. 

 

Bununla bağlı Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. 

 

Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi "Mercedes” markalı avtomobil Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü "Hyundai”la toqquşub. 

 

Hadisə zamanı "Hyundai” markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub. 

 

Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub. 

 

Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA