kanal14.az
kanal14.az

Bakıda qadın və onun qızı qaynı tərəfindən beysbol dəyənəyi ilə döyülüb

Bakıda qadın və onun qızı qaynı tərəfindən beysbol dəyənəyi ilə döyülüb
8-10-2019, 12:26 53 dəfə baxılıb

Bakıda qadın və onun qızı qaynı tərəfindən beysbol dəyənəyi ilə döyülüb
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.

Kanal14.az xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb./APA







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA