kanal14.az
kanal14.az

Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb

Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb
4-10-2019, 10:52 91 dəfə baxılıb

Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb
 

 
 
 
 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyatyanı sahəyə baxış keçirilib.

Agentlikdən "Azerinfo.az"a verilən məlumata görə, baxış zamanı vətandaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb
Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb
Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb
Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA