Hadisə

Tovuzda maşın iki yerə bölündü: yaralıların adları bilindi - YENİLƏNİB + FOTO

Tovuzda maşın iki yerə bölündü: yaralıların adları bilindi - YENİLƏNİB + FOTO
 
 
 
 
 
 

 
 
 
 
 
 

Tovuzda baş verən qəzada xəsarət alanların adları bəlli olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı üç nəfər - Aynurə Mustafayeva, İsgəndərov İsgəndər Fərman oğlu və Sadıqov İxtiyar Vidadi oğlu müxtəlif bədən xəsarətləri alıb.

A.Mustafayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir. Bundan başqa, avtomobildə bir körpə və bir yeniyetmə də olub. Onlar xəsarət almayıb.

Digər maşında olan iki nəfərə isə ambulator müalicə üçün evə buraxılıb.

11:35

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qovlar-Quşcu yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ 2107” markalı maşın toqquşub. 

Nəticədə, "Jiquli” markalı maşınlardan biri iki yerə bölünüb. Qəzada xəsarət alan üç nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.