Hadisə

Bakıda mərc oyunları məntəqəsinə BASQIN

Bakıda mərc oyunları məntəqəsinə BASQIN
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Kanal14.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyinin (DİN) "102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.

 

Publika.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlıb, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

"İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.