Hadisə

Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib - 2 qadın saxlanılıb

Xaçmazda əxlaqsızlıq yuvası aşkar olunub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.

 

Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon Polis şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.