Hadisə

Xəsarət alan "Azərişıq" ASC əməkdaşlarının vəziyyəti ağırdır - Nazirlik

Xəsarət alan "Azərişıq" ASC əməkdaşlarının vəziyyəti ağırdır - Nazirlik
 
 
 
 
 
 
 
 
 

 
 
 

Səhiyyə Nazirliyi Qubada "Azərişıq" ASC əməkdaşlarının qəzaya uğraması ilə bağlı məlumat yaylb.

Nazirlikdən Kanal14.az-a verilən məlumatda bildirilir ki, Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb.

İki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha iki nəfər isə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər./Trend