Hadisə

Qaxda qəzada 5 nəfər xəsarət alıb - Adlar

Qaxda qəzada 5 nəfər xəsarət alıb - Adlar
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Kanal14.az-ın məlumatına görə, bu gün saat 14 radələrində Qaxın Qaratala kəndində yol qəzası baş verib. Kənddən mərkəzi yola çıxan Jiquli markalı avtomobil digər eyni markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlardan ikisi hadisə yerində tibbi yardım aldıqdan sonra evə buraxılıblar, digər 3 nəfər isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlar Qax sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Taleh Elman oğlu, 1987-ci il təvəllüdlü Nəzirova Səidə Kamal qızı və 2002-ci il təvəllüdlü İbrahimli Bəhlul Vahid oğludur.

 

Xəstəxanadan Trend-ə bildirilib ki, T.Süleymanlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər iki nəfər isə cərrahiyyə şöbəsindədir./Trend