Hadisə

Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda öldü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda öldü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən KanaL14.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır./Trend