kanal14.az
kanal14.az

Filippin vətəndaşı Bakıda mənzil soydu

Filippin vətəndaşı Bakıda mənzil soydu
10-09-2019, 17:16 20 dəfə baxılıb

Filippin vətəndaşı Bakıda mənzil soydu
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Bakıda mənzil soymaqda şübhəli bilinən Filippin vətəndaşı saxlanılıb.

Bu barədə Oxu.Az-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Əməliyyatçılar tərəfindən 1980-ci il təvəllüdlü Soayqan Qrinfilds Domaquem saxlanılıb. Qadın 29 yaşlı Bakı sakini Cəfər Məmmədovun evində xidmətçi işləyib.

Bir müddət əvvəl Oxu.Az xəbər vermişdi ki, Səməd Vurğun küçəsində yaşayan C.Məmmədov 18 iyul tarixində polisə şikayət edərək evindən səkkiz min manatlıq zinət əşyasının yoxa çıxdığını bildirmişdi. O, oğurluğu xidmətçinin törətdiyindən şübhələnirdi.

Soayqan isə mənzildən pul yoxa çıxdıqdan sonra işə gəlməyib. Onu kirayədə yaşadığı mənzildə saxlayıblar. Xarici vətəndaşa qarşı Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA