kanal14.az
kanal14.az

Qonşu kişi 33 yaşlı qadının evinə girdi və ... - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Qonşu kişi 33 yaşlı qadının evinə girdi və ... - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT
9-09-2019, 17:07 30 dəfə baxılıb

Qonşu kişi 33 yaşlı qadının evinə girdi və ... - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT
 
 
 
 
 
 
 
 
 

 
 
 
Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Kanal14.az
 "ölkə.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə məhkəmə baxış iclası bu gün keçiriləcək.

Qeyd edək ki, hadisə aprelin 17-də Xəzər rayon Şağan qəsəbəsi, yeni yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib.

 
Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

K.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA