Hadisə

Bakıda narkotik satıcısı saxlanıldı

Bakıda narkotik satıcısı saxlanıldı
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

Kanal14.az-ın verdiyi xəbərə görə, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş paytaxt sakini İlkin Yusufovu saxlanılıb. Onun üzərindən şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,318 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. İ.Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan 104,815 qram heroin və 5,292 qram metamfetamin aşkar olunaraq götürülüb.

 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edərək özündə saxlayıb.

Faktla bağlı İ.Yusufov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./Qafqazinfo