Hadisə

Bərdədə ev quşları kütləvi şəkildə qırılır: fermerə minlərlə manat ziyan dəydi - FOTO

Bərdədə ev quşları kütləvi şəkildə qırılır: fermerə minlərlə manat ziyan dəydi - FOTO
 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 
 

Bərdə rayonunda ev quşları kütləvi şəkildə tələf olur.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tələfat rayonda Firdovsi Məmmədova məxsus quşçuluq təsərrüfatlarında qeydə alınıb.

F.Məmmədov bildirib ki, son bir ayda on iki mindən çox ev quşu ölüb. O, keyfiyyətsiz qidanın quşların ölümünə səbəb olmasından şübhələnir.

 

"Yem məhsulunun keyfiyyəti aşağı olduğundan ev quşları zəifləyərək ölür", - deyə fermer iddia edir.

Fermerə 40 min manatdan çox ziyan dəyib.