Hadisə

Qəzada ölənlər qadın sürücünün oğlu və qardaşı oğludur

Qəzada ölənlər qadın sürücünün oğlu və qardaşı oğludur
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Ələt-Astara yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Kanal14.az” xəbər verir ki, rəsmi məlumata əsasən, qəza nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onlar sürücü - Bakı şəhər sakini Səadət Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynovdur. 

Bir qadın isə bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən gün Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində Səadət Fərəczadənin idarə etdiyi "Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb.  /Qafqazinfo

Günel Hacı