Hadisə

“İsuzu” ilə qadını vurub öldürdü

“İsuzu” ilə qadını vurub öldürdü
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

"Kanal14.az” xəbər verir ki, qəza avqustun 28-də saat 10 radələrində qeydə alınıb. 

 

Bakı şəhər sakini Q.Hüseynov idarə etdiyi "İsuzu” markalı avtomobillə yolu keçən Maştağa qəsəbə sakini Tahirə Bədəlovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır./Qafqazinfo