Hadisə

Gömrükçülər avtomobildə kəsici alətlər tapıblar

Gömrükçülər avtomobildə kəsici alətlər tapıblar.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən 17 ədəd "Iphone X" markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub

 

Faktla bağlı araşdırma aparılır.