Hadisə

Bakıda qaynanasına xəsarət yetirən şəxsə cinayət işi açıldı

Bakıda qaynanasına xəsarət yetirən şəxsə cinayət işi açıldı
 
 

 
 
 
 
 
Paytaxtın Xəzər raynu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qaynanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
 
Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla E.Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. 




Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: "İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.