Hadisə

Şamaxıda iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb

Şamaxıda iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
 
 
 

 
 
 
 

Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az xəbər verir ki, hadisə ötən gecə saat 1:00 radələrində magistral yolun Şamaxının Meysəri kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90-EB-056 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-ML-960 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri -1965-ci il təvəllüdlü Zahidov Qabil Umbay oğlu, 1976-cı il təvəllüdlü Zahidov Zahir Umbay oğlu, 1993-cü il təvəllüdlü Qeybalıyev Elnur Mais oğlu və İsmayıllı sakini, 1994-cü il təvəllüdlü Xaliqzadə Əkbər Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Apa.az