Hadisə

Astarada mağaza yandı, ərzaq kül oldu

Astarada mağazada yanğın baş verib.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, Şiyəkəran kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində divara quraşdırılmış elektrik lövhəsi və 5 m² sahəyə yığılmış ərzaq malları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.