kanal14.az
kanal14.az

Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)

Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)
9-08-2019, 17:33 18 dəfə baxılıb

Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən DogruXeber.az verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.

Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi "VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülmüşdür.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.

 

Araşdırmalar aparılır./Trend.az

Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA