Sabirabadda ev yanıb
Sabirabadda ev yanıb.
kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, rayonun Zəngənə kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.